Qaxda üç nəfər təbii qazdan zəhərlənib.
"Yeni Sabah" xəbər verir ki, bu gün axşam saatlarında rayonun Əlibəyli kənd sakinləri, 2006-cı il təvəllüdlü Tatiya Riyadovna Barixaşvili, 2007-ci il təvəllüdlü Levani Qiyabiroviç Aslamazaşvili və 1985-ci il təvəllüdlü Natiya Vardovna Qasviyaşvili zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.
Müayinə zamanı hər üç şəxsin Levani Aslamazaşvilinin yaşadığı evin mətbəxində təbii qazdan zəhərləndiyi məlum olub. Dördpendirli pizza
Məlumatda bildirilir ki, zəhərlənənlərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir. /APA
Telegram kanalımız