Üç universitetin tələbələri arasında dava:   Bıçaqlanan var

saytların hazırlanması

Evə çatdırılma

Üç universitetin tələbələri arasında dava: Bıçaqlanan var

Hadisə

17 Aprel 2023 19:11 1162


Bakıda tələbələr arasında dava olub, xuliqanlıq hərəkətləri törədilib.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün 2003-cü il təvəllüdlü tələbəyə kəsici-deşici alətlə müxtəlif bədən xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən, müxtəlif ali təhsil müəsissələrindən olan bir neçə tələbə saxlanılaraq məsuliyyətə cəlb edilib.

Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Faktla bağlı Nərimanov RPİ-də xuliqanlıq ittihamı ilə cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir. Pepperoni pizza

Qeyd edək ki, hadisə zamanı 3 universitetin tələbələri davaya qarışıb. Xəsarət alan tələbə hazırda xəstəxanadadır. Vəziyyətinin orta-ağır olduğu bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!