Üç yeni oyunçu alan “Qarabağ“ın daha bir transfer həmləsi

saytların hazırlanması

Evə çatdırılma

Üç yeni oyunçu alan “Qarabağ“ın daha bir transfer həmləsi

İdman

27 Yanvar 2023 13:20 975


"Qarabağ" bu qış transfer pəncərəsi dönəmində üç yeni oyunçu alsa da, transfer çalışmalarını davam etdirir. 

Qol.az-ın əldə etdiyi xəbərə görə, baş məşqçi Qurban Qurbanov nəzərdə tutduğu transferlərin çoxunu həyata keçirə bilib. Konkret olaraq, iki yarımmüdafiəçi (Adama Diakabi və Yassin Benzia) və bir hücumçu (Redon Cica) heyətə cəlb olunub. Onlardan Yassin Benzia bu qış "Krasnodar"a transfer olunan Kadini əvəzləyəcək.

İndi "Qarabağ"ın transfer hədəfində olduğu əsas mövqe qapıdır. Əsas qapıçı Şahruddin Məhəmməliyevin qolu qırıldığı üçün o, ən azı 2 oynamayacaq. Bu səbəbdən futbolçu Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə (Belçika) oyunları buraxmalı olacaq. Ona görə də Ağdam klubunun seleksionerləri hazırda qapıçı axtarışını ciddi şəkildə davam etdirirlər. Yaxın günlərdə "Qarabağ"ın heyətinə qapıçı da cəlb edəcəyi gözlənilir.  Toyuqlu pizza

Klub digər mövqelər üzrə də futbolçu axtarışındadır. Amma bu gün üçün təcili transfer hədəfi məhz qapıçının alınması və ya icarəyə götürülməsinə  yönəlib.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!