Ucar sakinində silah-sursat aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Ucar sakinində silah-sursat aşkarlandı

Kriminal

17 May 2019 10:19 1122


Qaradağ rayonunda Ucar rayon sakininin idarə etdiyi avtomobildən silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında Ucar rayon sakini P.Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobildə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan “Mİ 1911 Aİ Asak” markalı tapança, 1 ədəd patron darağı, 10 ədəd patron, 2 ədəd bıçaq və 1 ədəd balta aşkar edilərək götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!