Ucarda narkotiklərin satışında şübhəli bilinən 2 nəfər və oğurluqda şübhəli olan bir nəfər saxlanılıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, ayrı-ayrı vaxtlarda keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satışında şübhəli bilinən Səfər Əliyev və Mirqədir Qasımov saxlanılıb.
Saxlanılan zaman S.Əliyevin üzərindən 6 qramdan artıq heroin və marixuana, yaşadığı evdən 900 qrama yaxın marixuana, müxtəlif çəkilərdə heroin və metamfetamin, M.Qasımovun avtomobilindən və evindən isə 520 qramdan artıq marixuana və 2 qrama yaxın metamfetamin aşkarlanaraq maddi sübut götürülüb. pizza sifarişi
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində yerləşən aptek və mağazalardan oğurluq etməkdə şübhəli bilinən Göyçay rayon sakini Nurlan İsmayılov da saxlanılıb.
Faktlarla bağlı Ucar RPŞ-də cinayət işləri açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Hər üç şəxs bundan əvvəl də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşayıblar.
Telegram kanalımız