Ucarda qaz xəttində güclü yanğın oldu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ucarda qaz xəttində güclü yanğın oldu - Fotolar

Hadisə

04 Fevral 2022 21:48 894


Ucarda qaz xəttində baş verən sızma güclü yanğına səbəb olub.

Yenisabah.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Eyni yerdə yerləşən 4 ana xətdə - 315 mm-lik, 160 mm-lik, 110 mm-lik və 225 mm-lik qaz xəttində baş verən yanğın zamanı alovun hündürlüyü 7-8 metrə çatıb. pizza mizza

Yanğın güclü olduğundan həmin xətdə qaz təchizatı müvəqqəti dayandırılıb. Bu səbəbdən də rayonun Alpout, Qazıqumlaq, Ramal, Qaradağlı, Çini, Məlikballı, Alıkənd və rayon mərkəzinin bir hissəsi qazsız qalıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb. Ölən və xəsarət alan olmayıb.

Ucarda qaz xəttində güclü yanğın olubUcarda qaz xəttində güclü yanğın olubUcarda qaz xəttində güclü yanğın olub

/APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!