Üçəm dünyaya gətirən qadın sosial şəbəkədə viral olub.
Yenisabah.az xəbər verir ki, danimarkalı Mişel Meyer-Morsi üçəm oğullarını – Çarlz, Teodor və Qabrieli dünyaya gətirib.
Üçəmlərini dünyaya gətirməzdən əvvəl çəkdiyi görüntüləri o, sosial media hesabında paylaşıb. Qadın iri qarnı ilə sosial şəbəkələrin Danimarka seqmentində müzakirələrə səbəb olub. pizza mizza
Videoları izləyənlər heyrətlərini gizlədə bilməyiblər. “TikTok”da Mişel çoxsaylı tənqidi şərhlərə məruz qalıb. Sosial şəbəkə istifadəçiləri iradlarını dilə gətiriblər: “Bu hal insanlarda fobiyanın yaranmasına səbəb olur”, “Mən heç vaxt hamilə qalmayacağam”, “Bu, çox qorxuludur”.
Həmin paylaşımlar insanlarda hamiləliklə bağlı mənfi təəssüratların formalaşmasına səbəb olub.
Gülxanım Əliyeva
Telegram kanalımız