Uçuşa hazırlanan təyyarəni ildırım vurdu

saytların hazırlanması

Evə çatdırılma

Uçuşa hazırlanan təyyarəni ildırım vurdu

Dünya

27 Yanvar 2025 15:12 207


Braziliyada hava limanında fövqəladə hadisə baş verib. Sərnişinləri mindirmək üçün hazırlanan "British Airways" təyyarələrindən birinə ildırım düşüb.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Braziliyanın cənubundakı San Paulo-Quarulhos hava limanında baş verib.

Bildirilib ki, ərazidə tufan qopub, bu da uçuşların dayandırılmasına səbəb olub. pizza mizza

"Pəncərədən baxanda aydın idi ki, aerodromun yaxınlığında ildırım çaxır, ona görə də təyyarəmizin kadrda olmasının yaxşı olacağını düşünərək şəkil çəkdirməyə getdim. Bəxtim gətirdi və zərbə düz bizim qarşımızda baş verdi", - deyə videonun müəllifi Bernhard Uarr bildirib.

Ölkənin Milli Hava Xidmətinin məlumatına görə, videodakı kimi kommersiya təyyarələrini orta hesabla ildə bir və ya iki dəfə ildırım vurur.

Qeyd olunub ki, təyyarələr ildırım çaxmasına tab gətirəcək şəkildə layihələndirilib və tikilib. Lakin ildırım vurduqdan sonra təyyarələr məcburi yoxlamaya göndərilir ki, bu da uçuşu gecikdirə bilər./BAKU.WS 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!