Uduzduğu pulu vermədi, öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Uduzduğu pulu vermədi, öldürüldü

Kriminal

03 Oktyabr 2022 17:00 1246


Bakı Ağır Cinayətlər Məhkəməsində qumar üstündə qətl törətməkdə təqsirləndirilən Rabil Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

“Yeni Sabah” xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R. Qasımov 9 il azadlıqdan məhrum edilib. 

İttihama görə,  hadisə paytaxtın  Nəsimi rayonu, Alı Mustafayev küçəsi 29 ünvanında olub. Dominos pizza

Nəsimi Rayon Prokurorluğunun yaydığı məlumata görə, bu il aprelin 4-ü saat 23 radələrində 40 yaşlı Bəhruz Quliyevin öldürülməsi barədə məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 37 yaşlı Rabil Qasımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəhruz Quliyevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

R. Qasımov şübhəli şəxs qismində saxlanılıb. 

Məlumata görə, qətlə yetirilən Bəhruz Quliyev avtoyuma məntəqələrindən birində işləyib, o qumarda Rabil Qasımova pul uduzsa da, uduzduğu məbləği verməyib  R. Qasımov da həmin pula görə B. Quliyevi qətlə yetirib. 

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!