UEFA 7 klubumuza ödəniş etdi

saytların hazırlanması

Evə çatdırılma

UEFA 7 klubumuza ödəniş etdi

İdman

11 Yanvar 2022 16:59 819


UEFA Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba ödəniş edib.

Yenisabah.az AFFA-nın saytına istinadən xəbər verir ki, məbləğ 2020/2021-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramna görə ödənilib.

Qeyd olunan mövsümdə daxili çempionatda çıxış etmiş, lakin UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin qrup mərhələsində iştirak etməmiş klubların hesabına UEFA-dan maliyyə vəsaiti ayrılıb. Başqa sözlə, "Qarabağ" istisna olmaqla, "Neftçi”, “Səbail”, “Qəbələ”, “Zirə”, “Sumqayıt”, “Sabah” və “Keşlə”yə 72 866 avro ödənilib. Məbləğlər AFFA-nın vasitəçiliyi ilə klubların hesablarına köçürülüb: Toyuqlu pizza

Qeyd edək ki, “Keşlə” üçün nəzərdə tutulmuş vəsait onun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!