UEFA Avropa Liqasının qalibi bu gün müəyyənləşəcək

saytların hazırlanması

Evə çatdırılma

UEFA Avropa Liqasının qalibi bu gün müəyyənləşəcək

İdman

31 May 2023 10:50 872


Bu gün UEFA Avropa Liqasında (EUL) 2022/2023 mövsümünün qalibi müəyyənləşəcək.

Yenisabah.az xəbər verir ki, İspaniya klubu “Sevilla” ilə İtaliya təmsilçisi “Roma” arasında final oyunu keçiriləcək.

Qarşılaşma Budapeştdə, 67.000 tamaşaçı tutumuna malik “Puşkaş Arena”da baş tutacaq. Sezar pizza

Bu, qitənin ikinci dərəcəli klub turnirində “Sevilla”nın 7-ci, “Roma”nın isə 2-ci finalı olacaq.

Turnirin rekordçusu olan ispanlar indiyə qədər keçirdikləri 6 həlledici matçın hamısında qalib gəlməyi bacarıblar. İtaliya komandası isə yalnız 1991-ci ildə finala çıxıb və həlledici dueldə ölkənin digər iştirakçısı “Inter”ə məğlub olub. Yəni “canavarlar” bu axşam tarixində ilk dəfə Avropa Liqasının qalibi olmağa çalışacaq.

Hər iki komanda daxili birincilikdə ilk “dördlüy”ə düşə bilmədiyindən, Avropa Liqasını qazanmaq onlar üçün ikiqat əhəmiyyət kəsb edir. Çünki qalib gələcək komanda növbəti mövsüm UEFA Çempionlar Liqasında iştirak hüququna yiyələnəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!