Avrokuboklarda pley-off mərhələsinin ilk görüşlərindən sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.
Yenisabah.az xəbər verir ki, "Qarabağ"ın Konfrans Liqasının pley-offunda "Aberdin"i (Şotlandiya) 1:0 hesabı ilə məğlub etməsi ölkəmizin aktivinə 0.250 xal yazdırıb.
0,125 xalı isə "Neftçi" İsrailin "Makkabi" (Hayfa) klubu ilə 3:3 hesablı heç-heçədən sonra ölkəmizin aktivinə yazdırıb. pizza sifarişi
Bununla da mövsüm ərzində Azərbaycanın topladığı xal sayı 1,875-ə, son 5 mövsümdə ümumi xal sayı isə 14,500-ə çatıb.
Bu nəticələrdən son Azərbaycanın reytinqdə mövqeyi dəyişməyib. Ancaq 1 pillə geriləyən Sloveniya ilə xallarımız bərabərləşib.
Hazırda Sloveniya və Azərbaycan 29-30-cu yerləri bölüşürlər.
31-ci pillədəki Slovakiya 14,000 xala malikdir.
Xalını 14,625-ə çatdıran Polşa isə 28-ci pilləyə yüksəlib.
Reytinq siyahısına 87.926 xalla İngiltərə başçılıq edir.
Telegram kanalımız