UEFA-nın yeni reytinqi - “Qarabağ” məşhur komandaları geridə qoydu

saytların hazırlanması

Evə çatdırılma

UEFA-nın yeni reytinqi - “Qarabağ” məşhur komandaları geridə qoydu

İdman

23 Dekabr 2019 20:55 961


UEFA Çempionlar Liqasında 1955-2019-cu illərdə əldə olunan nəticələrə əsasən  klubların reytinq cədvəlini açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, ardıcıl altı ildir ölkəmizi qitənin ən nüfuzlu klub tirnirində təmsil edən “Qarabağ” 510 klub arasında ilk 100-lükdə yer alıb.

Ötən il 100-cü olan Ağdam klubu  16 pillə irəliləyib. ÇL-in 64 illik tarixi ərzində 5-i təsnifat, 1-i isə qrup mərhələsi olmaqla, ümumilikdə 6 dəfə turnirdə iştirak edən “Qarabağ” 41 xalla 84-cü pillə qəraraşıb. pizza

Çempionlar Liqasında 36 oyun keçirən Qurban Qurbanovun komandası bu matçların 14-də qalib gəlib, 13-də heç-heçə edib, 9 görüşdə isə uduzub.

“Qarabağ” “Lokomotiv” (Moskva, 97-ci yer), “Astana” (106), “Vilyareal” (111), “Atletik” (114), “Trabzonspor” (116), “Ştutqart” (118), “Nyukasl” (119),  “Real Sosyedad” (127), “Aston Villa” (128),  “Volfsburq” (139) kimi klubları geridə qoyub.

Qeyd edək ki, Çempionlar Liqasın tarixində ən çox  - 437 oyun keçirən “Real”  600 xalla reytinqə başçılıq edir. “Bavariya” (474 xal) ikinci, “Barselona” isə (446 xal) 3-cü yerdədir. /qol.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!