UEFA “Qarabağ“a yarım milyon avro ödəniş etdi

UEFA “Qarabağ“a yarım milyon avro ödəniş etdi

İdman

23 Noyabr 2022 16:42 460


UEFA "Qarabağ" klubuna 504 000 avro məbləğində ödəniş edib.

Yenisabah.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" bu məbləği UEFA Avropa Liqasının qrup mərhələsində heç-heçə başa çatmış oyunların nəticəsinə görə və turnirdə iştirakla əlaqədar bonus olaraq alıb.

Maliyyə vəsaiti milli assosiasiyanın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!