"Məhv olduq, deyiləsi başqa söz yoxdur".
Yenisabah.az xəbər verir ki, bunu Uels millisinin kapitanı Qaret Beyl Qətərdə keçirilən dünya çempionatında İrana 0:2 hesabı ilə uduzduqları B qrupunun II tur oyunundan sonra deyib.
33 yaşlı hücumçu son saniyəyədək vuruşduqlarını bildirib: "İndi yenidən mübarizə aparmalı, özümüzü dərhal ələ almalıyıq. Yəqin ki, bizim üçün asan olmayacaq. Görək, son turda nələr baş verəcək". Dominos pizza
Qeyd edək ki, Uels yığması qrupda sonuncu oyununu noyabrın 29-da İngiltərəyə qarşı keçirəcək.
Telegram kanalımız