Amerika Kino Sənəti və Elmləri Akademiyası Hollivud aktyoru Uill Smitə qarşıdakı 10 il ərzində Oskar mükafatlandırma mərasimində iştirakını qadağan etmək qərarına gəlib.
Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, Akademiyasının icraçı direktoru, DJ Rubin və Don Hudsonun bəyanatında deyilir:
"Şura 8 aprel 2022-ci il tarixindən etibarən 10 il müddətində cənab Smitin Akademiyanın hər hansı tədbirində və ya proqramında Oskar mükafatlarına iştirakına icazə verilməyəcəyinə qərar verib". Dominos pizza
Hollivud ulduzunun bu qərara təpkisi sakit olub: “Akademiyanın qərarını qəbul edirəm və hörmətlə yanaşıram”.
Qeyd edək ki, Amerikalı aktyor Uill Smit arvadına etdiyi zarafatya görə "Oskar" mərasimində səhnədə komediya ustası Kris Roku vurub. Daha sonra o, etdiyi hərəkətə görə Kris Rokdan, həmçinin Kino Akademiyasından və hadisənin canlı şahidi olan tamaşaçılardan üzr istəyib.
Telegram kanalımız