Ukrayna DİN nümayəndəsi Bakıya buraxılmayıb?

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna DİN nümayəndəsi Bakıya buraxılmayıb?

Rəsmi

25 Yanvar 2020 12:50 1354


Azərbaycan əslən erməni olan Ukrayna nümayəndəsini “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Aİ tədbirində iştirak etmək üçün Bakıya buraxmaqdan imtina edib. Bu barədə “Avropa həqiqəti” nəşri Kiyevdəki rəsmi mənbələrə istinadən məlumat yayıb.

Söhbət Aİ strukturlarının təşkilatçılığı ilə yanvarın 13-16-da Bakıda keçirilmiş “Münaqişələrin təhlili” seminarından gedir.

Ukrayna DİN öz nümayəndə heyətinin tərkibi barədə öncədən təşkilatçılara məlumat verib və bu heyət təşkilatçılar tərəfindən təsdiqlənib. pizza mizza

Ancaq səfər ərəfəsində məlumat daxil olub ki, Azərbaycan tərəfi Ukrayna DİN nümayəndəsini erməni olduğu üçün qəbul etməkdən imtina edir.

Bu barədə Ukrayna DİN-in Aİ nümayəndəliyinə göndərdiyi məktubda bildirilib. Məktubda həmin əməkdaşın adı açıqlanmır, lakin “Avropa həqiqəti”nin məlumatına görə, söhbət Beynəlxalq Əməkdaşlıq və Avropaya İnteqrasiya Departamentinin direktoru Meri Akopyandan gedir.

DİN Aİ səfirliyindən “Avropa Təhlükəsizlik və Müdafiə Kollecinə gələcəkdə Azərbaycan Respublikasının ərazisində tədbirlərin keçirilməsindən çəkinməyi tövsiyə etməyi” xahiş edir.

Eyni zamanda Ukrayna hökuməti bu münaqişəni ictimailəşdirməməyə qərar verib, “Avropa həqiqəti”nin həmsöhbətlərindən biri qeyd edib.

Aİ-nin Bakıdakı nümayəndəliyindən şərh almaq cəhdi nəticə verməyib.

Turan


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!