Ukrayna FF: “Rusiya klubları ilə yoxlama matçı oynamayın“ 

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna FF: “Rusiya klubları ilə yoxlama matçı oynamayın“ 

İdman

30 Yanvar 2023 12:20 727


Ukrayna Futbol Federasiyası (UAF) FİFA və UEFA-ya müraciət edib.

Yenisabah.az "The Athletic"ə istinadən xəbər verir ki, müraciətdə Avropa komandaları Rusiya klubları ilə Türkiyədəki qış təlim-məşq toplanışında nəzərdə tutulan yoldaşlıq oyunları dayandırmağa çağırılıb. FİFA və UEFA-dan bu məsələni nəzərə almaq xahiş olunub. 

“Türkiyədə keçirilən oyunlar qeyri-rəsmi statusa malik olsa da, biz bunu Rusiya idmanının təcrid olunması ilə bağlı qərarlarıb pozulması hesab edirik. Bu ölkənin heç bir nümayəndəsinin beynəlxalq tədbirdə, o cümlədən idmanda iştirak etmək hüququ yoxdur. Rusiya və Belarus tamamilə təcrid olunmalıdır”, - deyə Ukrayna millisinin mətbuat attaşesi Oleksandr Qlivinski bildirib.  Sezar pizza

Qlivinski onu da əlavə edib ki, Ukrayna klubları ruslarla qarşılaşan komandalarla yoxlama matçlarında qarşılaşmamaq barədə qərar veriblər. Serbiya "Partizan"ı buna misal kimi göstərilib. 

Əlavə edək ki, bu qış təlim-məşq toplanışı zamanı Azərbaycandan "Sumqayıt" klubu Türkiyədə Rusiyanın "Krılya Sovetov" komandası ilə yoxlama matçı keçirib. Oyun 1:0 hesabı ilə rusların xeyrinə başa çatıb. 

Xatırladaq ki, daha əvvəl Rusiya klubları və milli komandası FİFA və UEFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!