Ukrayna Futbol Assosiasiyasının prezidenti həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Futbol Assosiasiyasının prezidenti həbs edildi

İdman

29 Noyabr 2022 17:01 914


Ukrayna Futbol Assosiasiyasının  prezidenti Andrey Pavelko maliyyə fırıldaqlarında şübhəli bilinərək 2023-cü il yanvarın 22-dək həbs edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Onunla bağlı məhkəmə qərarında 9,88 milyon qrivna (təxminən 270 min dollar) məbləğində girov variantı var.

Bundan əvvəl Ukrayna KİV-i məlumat yayıb ki, qurum rəhbəri futbol meydançaları üçün süni örtük istehsalı zavodunun tikintisi ilə bağlı sövdələşmə üzrə külli miqdarda pul mənimsəməkdə şübhəli bilinir. Sezar pizza

Xatırladaq ki, ölkədə vəziyyətə baxmayaraq, futbol üzrə Ukrayna çempionatı keçirilir. Ukrayna Premyer Liqasının turnir cədvəlinə “Dnepr-1” başçılıq edir (35 xal). 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!