Ukrayna millisinin formasında Azərbaycan bayrağı

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna millisinin formasında Azərbaycan bayrağı

İdman

10 May 2022 16:27 403


Ukrayna Futbol Federasiyası millinin xüsusi formasını təqdim edib.

Yenisabah.az qurumun saytına istinadən xəbər verir ki, 3 müxtəlif rəngdə - sarı, qırmızı və mavi rənglərdə hazırlanan geyimin üzərində ölkənin xəritəsi təsvir olunub. Formada Ukraynanın sərhədləri dövlətə kömək edən ölkələrin bayraqları ilə çəkilib. Burada Azərbaycan bayrağı da yer alıb.

Həmçinin formanın üzərində Türkiyə bayrağı da göstərilib. Geyimdəki xəritənin ortasına "Ukrayna naminə birləşmə" ("United for Ukraine") yazılıb, araxsındakı forma nömrələrində isə Rusiya ilə müharibədə dağıdılmış Ukrayna şəhərlərinin adları qeyd olunub. pizza

Geyim yalnız DÇ-2022-yə hazırlıq üçün keçiriləcək yoxlama matçlarında geyiniləcək. Daha sonra isə formada göstərilən yaşayış məntəqələrinin hər birinə yerli muzeylər üçün bir köynək göndəriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!