Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı itkin düşüb.
“Yeni Sabah” xəbər verir ki, bunu hərbi bloger Tofiq Şahmuradov bildirib.
Onun sözlərinə görə, ailəsi döyüşlərə qatılan Süleyman Əlixan oğlu Salmanovdan xeyli müddətdir xəbər ala bilmir. Marqarita pizza
O, əslən azərbaycanlı və Rusiya vətəndaşıdır.
Məlumata görə, S.Salmanov 154-cü diviziyanın tərkibində Tank Əleyhinə İdarə Olunan Raket bölməsində xidmət edib. Onun Donetsk vilayətində, Toretsk şəhəri istiqamətində, Konstantinovka kəndi və ya qəsəbəsi ərazisində gedən döyüşlər zamanı itkin düşdüyü bildirilir. Hazırda Süleyman Salmanovun taleyi ilə bağlı rəsmi qurumlar tərəfindən araşdırmalar aparılır.
Əsmətxanım Rzazadə
Telegram kanalımız