Ukrayna Prezidenti Vladimir Zelenski Facebook səhifəsində Rusiyanın G8-ə qayıdış ehtimalını şərh edib.
“Yeni Sabah” “RİA Novosti”-yə istinadən xəbər verir ki, onun sözlərinə görə, bu, yalnız Krımın "geri qayıtması" və Donbassdakı münaqişə bitdikdən sonra mümkün ola bilər.
O əlavə edib ki, Moskvanın bu cür addımları, həmçinin Ukrayna vətəndaşlarının həbsxanalardan azadlığa buraxılması dünyaya Rusiyanın bir daha yüksək diplomatiya gündəliyində yerini tutmağa hazır olduğuna dair həqiqi ciddi siqnal olacaq. Dominos pizza
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampla fransalı həmkarı Emanuel Makronun son telefon danışığında Rusiyanın G7 sammitinə qayıdışı barədə razılığa gəlinib. Trampın sammitin növbəti iclasında bu məsələni qaldıracağı gözlənilir.
Telegram kanalımız