Ukrayna Prezidenti Vladimir Zelenskinin komandası adından külli miqdarda rüşvət alan şəxslər həbs edilib.
“Yeni Sabah” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Prezident Ofisinin rəhbəri Andrey Boqdan məlumat verib.
Onun sözlərinə görə, Hərbi Prokurorluğun və Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları kimisə vəzifəyə təyin etmək adı ilə 570 min dollar tələb edən iki nəfəri həbs edib. Marqarita pizza
Xəbərdə bildirilib ki, onlar guya bu məbləğ müqabilində aldadılan şəxsi “Ukroboronprome”nin rəhbəri təyin edəcəklərini deyiblər.
Telegram kanalımız