Ukraynanın "Xarkov Maşınqayırma Zavodu - FED" şirkəti Türkiyə istehsalı olan ATAK-II ağır hücum helikopterləri üçün qurğular tədarük edəcək.
Yenisabah.az "Defence Express"ə istinadla xəbər verir ki, müvafiq müqavilə IDEF-2021 müdafiə sərgisi zamanı imzalanıb.
FED İdarə Heyətinin sədri Viktor Popov bildirib ki, şirkət uçuş idarəetmə sistemi və hidravlik sistem üçün qurğular istehsal edəcək. Marqarita pizza
Yeni sistemlərin hazırlanması və çatdırılması 1 il çəkəcək.
"Bu il ərzində FED Türk şirkətləri ilə 2 müqavilə imzalayıb. Söhbət helikopterlərin inkişafı və Türkiyənin beşinci nəsil TF-X təyyarələrinin hazırlanmasında iştirakla bağlı 2 müqavilədən gedir.
TAI T929 ATAK-2 qoşa mühərrikli hücum helikopteri Türk Havacılık və Kosmos Sənayesi (TAI) tərəfindən hazırlanır. Qalxma çəkisi 10 ton olan təyyarə Rusiyanın Mi-28NM və Amerikanın AH-64 Apache ilə rəqabət apara bilər. ATAK- 1200 kiloqramdan çox silah daşıya bilər.
İyul ayında "Defence Blog" portalı TAİ-nin perspektivli bir helikopter üçün Ukrayna istehsalı olan 14 mühərrikin tədarükü üçün müqavilə imzaladığını xəbər verib.
Telegram kanalımız