Ukraynada evi dağıdılan Azərbaycan cüdoçusu karyerasını bitirdi

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada evi dağıdılan Azərbaycan cüdoçusu karyerasını bitirdi

İdman

05 Mart 2022 18:05 605


Ukraynanın İrpen şəhərində evi Rusiya hərbçiləri tərəfindən dağıdılmış İrina Kindzerskaya karyerasını bitirib.

Yenisabah.az xəbər verir ki, Ukrayna əsilli cüdoçu Tokio Yay Olimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandırsa da (həm də qadın cüdosu tarixində ilk medaldır – red.), Bakıda evlə təmin olunmaması ona pis təsir edib.

Bu səbəbdən də olimpiya, dünya və Avropa mükafatçısı olan İrina Kindzerskaya karyerasını bitirdiyini açıqlayıb. pizza mizza

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının təqdimatına əsasən vitse-prezident Elnur Məmmədlinin bacısı oğlu Kəramət Hüseynova və para-cüdoçu Vüqar Şirinliyə ev verilib.

Xatırladaq ki, İrina Kindzerskaya Azərbaycanın şərəfini 2017-ci ildən etibarən qoruyurdu./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!