YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Ukraynada həbsdə saxlanılan qazimizin məhkəməsi oldu

Ukraynada həbsdə saxlanılan qazimizin məhkəməsi oldu

Kriminal

28 Sentyabr 2022 09:38 716


"Həbs qətimkan tədbirinin uzadılmasına verilən şikayət qismən təmin olunub. Misir Qasımlı və Sübhan Quliyevin həbsinin qanunsuz olduğu aşkarlanıb".

“Yeni Sabah” xəbər verir ki, bunu Ukraynada həbsdə saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı, Misir Qasımlının vəkili Aygül Rəfiyeva Oxu.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hakimin qanun pozuntusuna yol verdiyi bildirilib:

"Həbs qətimkan tədbirinin uzadılması məsələsinə baxılıb. Apelyasiya məhkəməsinə baxış olub. Həmin hakim məsələni uzatdı. Qanuni çərçivələrdən kənara çıxdı. O, məzuniyyətə çıxdığı üçün başqa hakim gəlib. Yeni hakim qanun pozuntularının olduğunu söyləyib". 

A.Rəfiyeva qeyd edib ki, qətimkan tədbirinin uzadılması 2-3 ay qüvvədə qaldığı üçün Sübhan və Misir hələ də həbsdədir:

"Qərar qəbul edib, şikayətimizi qismən təmin etdi ki, həqiqətən də Misir və Sübhanın həbsdə qalması qanunsuzdur. Hakim qanun pozuntularına yol verib. Məhkəmədə nə tərcüməçi, nə də vəkil iştirak edib.

Uzadılma 2-3 ay qüvvədə qaldığı üçün həbsdən azad olunma digər məhkəmələrdə olacaq. Oktyabrın 3-də məhkəmə keçiriləcək. Bununla bağlı ayrıca müraciət olunub. Yəqin ki, nəticəsi olacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!