"Dinamo"nun (Kiyev) baş məşqçisi Mirça Luçesku Rusiyanın Ukraynaya hücumu ilə bağlı fikirlər səsləndirib.
Yenisabah.az xəbər verir ki, məşqçi Ukraynadan getməyəcəyini söyləyib:
"Ukraynada bütün idman tədbirləri 30 gün müddətinə dayandırıldı. Mən Kiyevdən getməyəcəyəm, Rumıniyaya qayıtmayacağam, qorxaq deyiləm. Dominos pizza
Ümid edirəm ki, axmaqların başlatdığı bu müharibə ən qısa zamanda dayandırılacaq. Mən heç vaxt müharibənin başlayacağını düşünməmişdim” - deyə, o bildirib.
Qeyd edək ki, Ukrayna Premyer Liqası ölkədə hərbi vəziyyətin tətbiqi ilə əlaqədar dayandırılıb.
Telegram kanalımız