Ukraynadan Gürcüstana sanksiya

saytların hazırlanması

Evə çatdırılma

Ukraynadan Gürcüstana sanksiya

Dünya

05 Dekabr 2024 13:06 322


Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin Gürcüstana qarşı sanksiyalar tətbiq etməsi barədə fərman imzalayıb.

Yenisabah.az xəbər verir ki, musavat.com-un məlumatına görə, Zelenski bildirib ki, bu sanksiyalar hazırda Gürcüstanda Putinlə əməkdaşlıq edən hakimiyyətin bir hissəsinə yönəlib.

“Biz Avropanı, Amerikayı və bütün dünyanı eyni şəkildə hərəkət etməyə çağırırıq”, – deyə Zelenski qeyd edib. pizza mizza

Ukraynanın sanksiya siyahısına Gürcüstanın baş naziri İrakli Kobaxidze daxil edilib.

Sanksiyalar həmçinin “Gürcü Arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili, Tiflis meri Kaxa Kaladze, Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri, mədəniyyət, idman və gənclər naziri Tea Tzulukiani, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və digər rəhbərlik nümayəndələrini, o cümlədən bir neçə deputatı əhatə edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!