Ukraynalı baş məşqçi “Sumqayıt“la danışıqlar aparır

saytların hazırlanması

Evə çatdırılma

Ukraynalı baş məşqçi “Sumqayıt“la danışıqlar aparır

İdman

24 Sentyabr 2022 12:52 981


"Sumqayıt" "Keşlə" (hazırkı "Şamaxı") klubunun sabiq baş məşqçisi Yuri Maksimovla danışıqlar aparır.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu barədə ukraynalı mütəxəssisin özü açıqlama verib.

O bildirib ki, "gənclik şəhəri" təmsilçisi ilə müzakirələr davam edir: "Vəziyyətin necə inkişaf edəcəyini deyə bilmərəm. Danışıqlar davam edir. Qarşıdakı günlərdə məsələyə aydınlıq gələcək". pizza hut

54 yaşlı baş məşqçi yenidən Azərbaycanda işləmək istədiyini gizlətməyib: "Premyer Liqanın səviyyəsi xoşuma gəlir. Razılıq əldə olunsa, ora qayıtmaq istəyərəm. Amma dediyim kimi, hələ heç nə bəlli deyil".

Maksimov müharibə ilə bağlı Ukraynada hökm sürən vəziyyətə də toxunub: "Durum kənardan göründüyündən dəhşətlidir. Bu, savaş deyil. Çünki müharibə iki ölkənin ordusu arasında olur. Bizdə isə hər gün günahsız insanlar, sıravi vətəndaşlar ölür. Ümid edirəm ki, hər şey tezliklə bizim xeyrimizə başa çatacaq".

Qeyd edək ki, Yuri Maksimov 2017/2018 mövsümünün ikinci yarısında "Keşlə"nin baş məşqçisi olub. O, komandaya Azərbaycan Kubokunu qazandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!