Ukraynalı dünya çempionuna Azərbaycan pasportu verildi

saytların hazırlanması

Evə çatdırılma

Ukraynalı dünya çempionuna Azərbaycan pasportu verildi

İdman

12 May 2022 10:56 242


Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ukraynalı dünya çempionunu milliləşdirib.

Yenisabah.az xəbər verir ki, bu, Diana Dımçenkodur.

O, bundan sonra akademik avarçəkmə yarışlarında Azərbaycanı təmsil edəcək. 32 yaşlı idmançının vətəndaşlığını dəyişməsində ölkəsində baş verən müharibə ilə əlaqədar Ukraynanın beynəlxalq yarışlarda iştirakının mümkünsüzlüyü də rol oynayıb. Dördpendirli pizza

Qeyd edək ki, Dımçenko 2018-ci ildə Böyük Britaniyanın (Şotlandiyanın) Qlazqo şəhərində Avropa çempionatının bürünc medalını qazanıb. Həmin vaxt o, 07:32.670 vaxt göstəricisi ilə finişə çatıb. Dımçenko ötən il Dünya Kubokunun Italiyada keçirilmiş III mərhələsinin qalibi adını qazanıb. O, ardıcıl dörd il (2017-2020) sahildə keçirilən akademik avarçəkmə üzrə dünya çempionu olub.

Ukraynalı idmançı bu ay Suqovuşan və Mingəçevirdə keçirilmiş “Prezident Kuboku-2022” yarışını tribunadan izləyənlər arasında olub. Diana Dımçenkonun 28-29 mayda Serbiyanın paytaxtı Belqradda keçiriləcək Dünya Kubokunun I mərhələsində iştirakı gözlənilir./Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!