Ülkər Behbutovaya yüksək vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Ülkər Behbutovaya yüksək vəzifə verildi

Sosial

03 May 2025 12:01 741


Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yeni kadr təyinatı baş tutub.

Yenisabah.az xəbər verir ki, insan resursları sahəsində təcrübəyə malik olan Ülkər Behbutova 2025-ci ilin may ayından etibarən SOCAR-ın İstedadların idarə olunması və biznes tərəfdaşlığı departamentinin direktoru vəzifəsinə təyin edilib.

O, 2024-cü ilin aprel ayından etibarən Azərbaycanda keçirilən COP29-da müvafiq vəzifədə çalışıb. Toyuqlu pizza

Bundan əvvəl Ü.Behbutova “TT Technologies” şirkətində İnsan resursları departamentinin rəhbəri (2022–2024-cü illərdə), “SOCAR AQS”də İstedadların cəlb olunması şöbəsinin müdiri (2020), “Anglo Asian Mining”də İnsan resursları və İstedadların inkişafı şöbəsinin rəhbəri (2018–2020), “SOCAR-KBR”də İnsan resursları şöbəsinin müdiri (2017–2018), “Bakı Şəhər Halqası Əməliyyat Şirkəti” şirkətində İnsan resursları və işə qəbul meneceri (2015–2017) və BP şirkətində İnsan resursları üzrə mütəxəssis (2014–2015) vəzifələrində çalışıb.

O, həmçinin “Intertek”, “AzerTelecom”, “Wood Group PSN” və “KBR” kimi beynəlxalq şirkətlərdə də insan resursları sahəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

Behbudova Bakı Dövlət Universitetində hüquq üzrə bakalavr, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə MBA dərəcələrinə yiyələnib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!