Ülviyyə Əli həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Ülviyyə Əli həbs edildi

Sosial

07 May 2025 16:39 723


Jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs qətimkan tədbiri seçilib.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bu barədə Xətai rayon Məhkəməsi qərar çıxarıb.

Onun barəsində 1 ay 29 gün müddətinə həbs-qətimkan tədbiri seçilib. pizza sifarişi

Ülviyyə Əlinin “Meydan TV” işi ilə əlaqədar saxlanıldığı bildirilir. Ona Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatıırladaq ki, ötən ilin dekabr ayında "Meydan" TV işi üzrə jurnalistlər Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Əhmədova (Tapdıq) saxlanılıb.

Onların barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu ilin fevral ayında isə iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalist Fatimə Mövlamlı və Nurnal Qəhrəmanlı (Libre) həbs olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!