Ümrədə olan Xuraman: “Pul ödəyib gəlmişəm, ibadət etməliyəm“ 
   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Ümrədə olan Xuraman: “Pul ödəyib gəlmişəm, ibadət etməliyəm“ - VİDEO

Şou

05 May 2022 11:24 291


Müğənni Xuraman Şuşalı bir neçə gündür ki, Səudiyyə Ərəbistanına, Ümrə ziyarətinə yollanıb.

Yenisabah.az BAKU.WS-yə istinadla xəbər verir ki, hazırda Mədinə şəhərində olan sənətçi günün çoxunu dua etməklə keçirdiyini bildirib.

Bu haqda o, sosial şəbəkədə məlumat verib. pizza mizza

Xuraman evdə olduğu vaxtlrda ziyarətdəki qədər dua etmədiyi üçün özünü xeyli qınayıb:

"Cəmi 5 dəqiqəlik video paylaşıram. Daha çox ibadətlə məşğulam. Hazırda kitab oxuyuram. Oxuya-oxuya öz-özümə fikirləşirəm ki, niyə mən evdə bu qədər ibadət etmirəm? Niyə mən evdə vaxtımı "Instagram"a, "TikTok"a sərf edirəm? Yaxud da hansısa seriala baxıram. Sadə adamlar var, verilişlərə baxırlar, ya da hansısa verilişi öz həyatlarında yaşayırlar. O qədər ona köklənirlər ki...

Növbəti həftəni gözləyirlər ki, vaxt gəlsin, yenə bu verilişə baxsınlar, görsünlər necə oldu...

Bura müəyyən pul məbləği ödəyib gəlmişəm. Fikirləşirəm ki, gəldiyimə görə ibadət etməliyəm. Vaxtımı gözəl keçirməliyəm. Axı bu vaxt həmişə mənimdir. Yenə də ziyarətə gələndə dua etdiyimiz qədər evdə etmirik.

Allah bizi bağışlasın. Sadəcə içimdən gəldi bu vidoenu çəkim sizinlə paylaşım".

Həmin görüntüləri təqdim edirik:

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!