“UNESCO-nu danlamaqda haqlıyıq“ - Mənsum İbrahimov

saytların hazırlanması

Evə çatdırılma

“UNESCO-nu danlamaqda haqlıyıq“ - Mənsum İbrahimov

Mədəniyyət

25 Avqust 2021 17:30 1918


“30 ilə yaxın müddətdə Qarabağımızı viran qoyulub. Ermənilər insanların yurd-yuvasını, 70-ə yaxın məscidi və tarixi abidəni dağıdıblar. Bu illər ərzində UNESCO bir dəfə də olsun Qarabağa baş çəkməyib. Amma müharibə bitən kimi ermənilərə dəstək üçün bölgəyə gəlmək istəyirlər. İkili standartlar göz qabağındadır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış xanəndə Mənsum İbrahimov deyib.

“Qarabağda olan dağıntılar Azərbaycana çox böyük zərər vurdu. Bütün infrastruktur məhv edilib. Vaxt gələcək ermənilər beynəlxalq məhkəmələrdə bunun cəzasını alacaqlar. pizza sifarişi

Müzəffər ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində zəfər çaldı, tarix yazdı. Azərbaycan artıq 30 il əvvəlki Azərbaycan deyil, öz gücünə güvənir, haqlıdır, çünki işğal edilən bizim torpağımız idi. Bu gün də sərhəddə təxribatı ermənilər yaradır. Biz artıq heç kimə, dövlət olaraq da, millət olaraq da, yumruq kimi birləşərək güzəştə getməyəcəyik. Artıq Qarabağda quruculuq işləri başlayıb. Qısa müddətdə beynəlxalq aeroport tikdik, ikinci və üçüncüsü də inşa edilməyə başlanıb, yeni yollar çəkilib.

Ağdamın təməli qoyulanda orada iştirak etdim, bunların hamısı adama yuxu kimi gəlsə də, reallıqdır. Tezliklə Qarabağımıza qayıtmağa hazırlaşırıq. Amma 30 ildə dağıdılan yurdumuza görə ermənilər cavab verəcəklər. UNESCO da öz üzərinə düşən işi görməlidir. Onlar əvvəl siyasətə qarışmadıqlarını deyirdilər, bəs indi niyə qarışırlar?”

Mənsum İbrahimov diqqətə çatdırıb ki, UNESCO beynəlxalq təşkilat olaraq tərəf tutmamalıdır:

“UNESCO tərəf tutmaqdansa, obyektiv olaraq Azərbaycanın Qarabağ bölgəsində bütün dağıntıları qeydə almalıdır. Ermənistanın tərəfini tutmaqla məsələ həll olmur. Prezident İlham Əliyev BMT-nin bu qurumuna iradlarında tam haqlıdır. Biz liderimizlə fəxr edirik, haqq sözümüzü dünyaya çatdırır”.

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!