UNICEF-in icraçı direktoru Henrietta Fore bildirib ki, koronavirus pandemiyası səbəbilə 68 ölkədə doğuş zamanı peyvənddən imtina edilib. Onun sözlərinə görə, bu, 1 yaşdan kiçik olan 80 milyon uşağın həyatı üçün ciddi təhlükədir. Belə ki, doğuş zamanı edilən peyvəndlərdən imtina üzündən növbəti 6 ay ərzində hər gün əlavə olaraq 6 min uşaq ölə bilər.
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, uşaq ölümləri adətən, yoluxucu xəstəliklərlə bağlı olub: “Azərbaycanda da həmin qaydadır. UNICEF-in qrafiki üzrə peyvəndləmə, immunizasiya sistemi var. Bu sistemi mütləq tətbiq etmək lazımdır. Ən azı həmin qrafiki bir ay sonraya salıb yenidən etmək olar. Çünki uşaq ölümlərinin artması yoluxucu xəstəliklərlə bağlı olur. Yəni poliomielit, qızılca kimi peyvənd olunan xəstəliklərin əksəriyyəti uşaq ölümlərinin əsasında dayanır. UNICEF-in proqramı ilə aparılan peyvəndləmə sistemi isə infeksion yoluxucu xəstəliklərin qarşısını alır. Vaksinasiyada məhz bundan söhbət gedir. İmmunizasiyanın gecikməsi və ya aparılmaması bu xəstəliklərin ayrı-ayrı yerlərdə baş qaldırmasına gətirib çıxara bilər. Azərbaycan da dünyanın bir parçasıdır, ona görə dünyada necədirsə, ölkəmizdə də vəziyyət elədir. Uşaqların ölümündə ananın günahlandırılması isə tamam başqa bir şeydir. Əslində, bildirim ki, infeksion xəstəlikdən ölənlər müəyyən yaşda ölürlər, onlar dərhal ölmürlər”.
Həkim uşaqlardakı cırlaşma məsələsinə gəldikdə isə diqqətə çatdırıb ki, bunun birbaşa səbəbi bilinmir: “Akseleratsiya deyilən bir şey var. Bu, fiziki inkişafın əqli inkişafı üstələməsidir. Bir də retardasiya var, bu, fiziki inkişafın əqli inkişafdan geri qalmasıdır. Zaman-zaman bunların hər ikisi uşaqlarda müşahidə edilir. Bunun birbaşa səbəbi bilinmir. Ekoloji faktorlar və s. önə çəkilir”. pizza sifarişi
Sayad Həsənli
Telegram kanalımız