Müğənni Tacir Şahmalıoğlu anası ilə fotosunu paylaşıb.
"Yeni Sabah" xəbər verir ki, o, fotoya Zəlimxan Yaqubun “Apardı” şeirini yazıb:
“Yağdı saçlarıma həsrətin qarı, Sezar pizza
Heç oldu gözümdə həyatın varı.
Yeriyə bilmədim qəbrinə sarı,
Süründüm dizimi daşlar apardı.
İnana bilməzdim vüqarım sına,
Ürəyim dözmədi ana yasına.
Yaman öyrəşmişdim yaz havasına,
Üşüdüm, ömrümü qışlar apardı”.
Xatırladaq ki, sənətçinin 83 yaşlı anası Südabə Allahverdiyeva 1 həftə öncə dünyasını dəyişib.
Əsmətxanım
Telegram kanalımız