Uşağı xilas edərkən həlak olan polis dəfn edildi

saytların hazırlanması

Evə çatdırılma

Uşağı xilas edərkən həlak olan polis dəfn edildi

Hadisə

22 İyul 2023 12:40 1104


Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində yerləşən Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışarkən boğularaq həyatını itirən polis əməkdaşı Vüsal Quliyev dəfn edilib.

Yenisabah.az xəbər verir ki, V.Quliyev doğulduğu Cəhri qəsəbəsinin qəbiristanlığında torpağa tapşırılıb. 

Dəfn mərasimində Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri general-mayor Süleyman Nemətov, digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.  pizza

Qeyd edək ki, iyulun 21-də xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Vüsal Əbülfəz oğlu Quliyev suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib. 

Daha sonra uşağın anası, 1984-cü il təvəllüdlü Səadət Elman qızı Aslanlını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!