“Fənləri birinci və ikinci dərəcəli deyə iki qrupa bölüblər. Birinci dərəcəli qrupa kimya, fizika və s. kimi fənləri aid ediblər. Çünki onlar qəbul imtahanına salınır. İkinci dərəcəliyə isə fiziki tərbiyə, musiqi, rəsm dərslərini salıblar. Bunu kim düşünüb bilmirəm. İdman dərsində uşağın qabağına top atırlar ki, başı qarışsın. Axı dərs elə olmamalıdır”.
Bu sözləri Yenisabah.az-a tanınmış təhsil eksperti Nadiq İsrafilov deyib. Qeyd edib ki, əvvəllər fiziki tərbiyə dərsində uşaqlara tullanmaq, qaçmaq, futbol, voleybol və s. öyrədilirdi: “Görünür, baş verənlər hazırkı vəziyyətlə bağlıdır. Hər hansı fənni yaxşı bilmək gələcəkdə fəal mövqe tutacağın mənasına gəlmir. Məktəb hərtərəfli vətəndaş yetirməlidir. Bu, bizim normativ sənədlərdə yazılıb ki, məktəb vəzifəsi sistemli bilik-bacarıq yaratmaqdır. Amma biz bu saat elə başa düşürük ki, kimsə hansısa fənni öyrəndi, keçid balını toplayıb ali məktəbə qəbul oldusa, hər şey əladır. Amma elə deyil. Çağırışa qədərki hərbi hazırlıq məsələsi Milli Məclisin iclasında təkrar müzakirə olunmalıdır və hərbi dərslərin tədrisinə xüsusi diqqət yetirilməlidir”.
Sayad Həsənli Toyuqlu pizza
Telegram kanalımız