USAID ofisi bağlandı

saytların hazırlanması

Evə çatdırılma

USAID ofisi bağlandı

Dünya

03 Fevral 2025 16:09 266


ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Vaşinqtonda yerləşən qərargahı Amerika administrasiyasının qərarı ilə bağlanıb.

Yenisabah.az Fox News-a istinadla xəbər verir ki, agentliyin nişanı mülki xarici yardımın və inkişafa yardımın bütün dünya üzrə yayılmasına cavabdeh olan agentliyin Vaşinqtonda Ronald Reyqan binasında yerləşən qərargahından götürülüb.

Milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi Departamenti (DOGE) agentliyin həssas məlumatları ehtiva edən bütün kompüter sistemlərinə nəzarəti ələ keçirib. pizza

Konqresin Tədqiqat Xidmətinin məlumatına görə, agentlik keçən il təxminən 40 milyard dollar vəsait idarə edib.

Musk Bazar ertəsi USAID-in fəaliyyətini dayandırdığını bildirib. O, ABŞ prezidenti Donald Trampın agentliyin bağlanması ilə bağlı onunla “razı olduğunu” deyib.

“Mən ondan bir neçə dəfə “Əminsənmi” sualını verdim”, – deyə o, Trampın sözlərini sitat gətirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!