Övladlarını sobaya ataraq diri-diri yandıran qadının cəzası bəlli olub.
Yenisabah.az xəbər verir ki, 2017-ci ildə ABŞ -da dəhşətli qətl hadisəsi törədilib. Hadisə anası Lamora Uilyamsın bir gecə polisə zəng edərək evdə olmadığı zaman uşaqlarının öldüyünü bildirməsi ilə üzə çıxıb. Uilyams polisə verdiyi ifadəsində gün ərzində işdə olduğunu, evdə olmadığı müddətdə uşaqların dayə ilə qaldığını bildirib. pizza mizza
Qadın axşam saatlarında evə qayıdanda uşaqları yerdə ölü vəziyyətdə gördüyünü bildirib və evdəki sobanın uşaqların üzərinə düşdüyünü deyib. Məhkəmədə təqdim edilən dəlillərə görə, qadının uşaqlarını sobaya qoyaraq diri-diri yandırdığı iddia edilib. Ekspertizanın nəticələrindən sonra aydın olub ki, uşaqların bədənindəki termal dəyişikliklər uzun zaman istiyə məruz qalmağın nəticəsində yaranıb. Beləliklə, qadının uşaqları sobaya ataraq diri-diri yandırdığı üzə çıxıb.
Psixoloji problemləri olduğu iddia edilən qadın ömürlük həbs cəzası alıb.
Aytac Şahin
Telegram kanalımız