ÜST mütəxəssisindən şok açıqlama: “Tezliklə vaksin olmayacaq”

saytların hazırlanması

Evə çatdırılma

ÜST mütəxəssisindən şok açıqlama: “Tezliklə vaksin olmayacaq”

Sağlamlıq

20 Aprel 2020 09:07 846


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) aparıcı mütəxəssisi və London İmperial Kollecinin professoru David Nabarro koronavirusa qarşı vaksinin hazırlanması ilə bağlı ümidsiz bir proqnozla çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, o, yaxın gələcəkdə vaksinin ümumiyyətlə hazırlanmayacağını söyləyib. O, fikrini COVID-19-un olduqca mürəkkəb bir virus növü olması ilə əsaslandırıb. Nabarro istisna etməyib ki, bəşəriyyət bir müddət təhdid kimi ona qonşu olan bu virusla yaşamalı olacaq.

“Bu o deməkdir ki, xəstəlik əlamətləri olan insanları və onlarla əlaqə quran insanları təcrid etmək lazımdır. Yaşlıları qorumaq lazım gələcək. Eyni zamanda, xəstəxanaların koronavirus xəstələrini qəbul edə bilmələri təmin olunmalıdır. Bu, hamımız üçün yeni bir norma olacaq",-deyə professor vurğulayıb. pizza mizza

Xatırladaq ki, dünyada yeni koronavirus qurbanlarının sayı 160,7 min nəfəri keçib. Artıq 2.3 milyondan çox insan infeksiyaya yoluxub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!