Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus üzr istəyib.
Yenisabah.az “Euronews”a istinadla xəbər verir ki, Konqo Demokratik Respublikasında “Ebola” virusu zamanı bu ölkədə çalışan beynəlxalq qurum əməkdaşlarının cinsi istismara məruiz qaldığı təsdiqlənib.
Müstəqil araşdırma komissiyası hesabatını açıqladıqdan sonra Qebreyesus bunun ÜST üçün “qara bir gün” olduğunu və bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirib. pizza
ÜST baş direktoru hesabatın açıqlanması ilə birlikdə qurumda çalışan 4 nəfərin müqaviləsinə xitam verildiyini qeyd edib.
O vurğulayıb ki, digər işçilərlə bağlı da davam edir.
Xatırladaq ki, bir müddət əvvəl 210 nəfər 2018-2020-ci illərdə Konqoda tüğyan edən “Ebola” virusu ilə mübarizə zamanı onlara seks qarşılığında iş təklif edildiyini və 75 nəfər cinsi təcavüz qurbanı olduğunu açıqlayıb.
Hesabatda cinsi istismara uğrayan 83 nəfərdən 21-nin ÜST üzvlərinin seksual xarakterli təzyiqlərlə qarşılaşdığı əks olunub.
Təsdiqlənən 9 təcavüz hadisəsinin isə həm yerli, həm də beynəlxalq kadrlar tərəfindən törədildiyi sənəddə qeyd olunub.
Son olaraq isə ÜST rəhbəri, bu hadisələrə rəğmən istefa verməyəcəyini və cinayətkarların mütləq cəzalandırılacağını qeyd edib.
Telegram kanalımız