ÜTT-nin Bakı toplantısı müzakirə edilib

saytların hazırlanması

Evə çatdırılma

ÜTT-nin Bakı toplantısı müzakirə edilib

Sosial

07 Mart 2019 20:49 801


Almaniyada keçirilən “İTB Berlin” sərgisi çərçivəsində BMT-nin Ümumdünya Turizm Təşkilatının Assosiativ üzvlərinin İdarə Heyətinin 48-ci iclası keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, tədbirdə Azərbaycanı Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov təmsil edib.

İclasın gündəliyinə ÜTT-nin yeni Assosiativ üzvlərinin qəbul qaydalarında dəyişiklik, yeni onlayn platformanın tətbiqinin təqdimatı və ÜTT-nin İcraiyyə Şurasının növbəti iclasının Bakıda keçiriləcəyi haqqında müzakirələr daxil edilib. Dördpendirli pizza

Xatırladaq ki, yanvarın 22-də Madrid şəhərində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili arasında Ümumdünya Turizm Təşkilatının (BMÜTT) İcraiyyə Şurasının növbəti 110-cu sessiyasının cari ilin iyun ayında Bakı şəhərində keçirilməsinə dair saziş imzalanıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!