Üzərində silah və narkotik gəzdirən şəxs həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Üzərində silah və narkotik gəzdirən şəxs həbs olundu

Kriminal

16 May 2019 09:40 1190


Bakıda üzərində silah və narkotik vasitə gəzdirən şəxs saxlanılıb.

DİN-dən “Yeni Sabah"a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində birgə əməliyyat tədbiri həyata keçirilib. 

Nəticədə Tərtər rayon sakini əvvəllər məhkum olunmuş İsrayıl Eyvazov saxlanılaraq bölməyə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Naqan” markalı tapança, 5 ədə patron, əlindəki idman çantasından isə 620 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dördpendirli pizza

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. İ.Eyvazov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!