Vadjinin transferindən “Qarabağ”ın gəliri:   1 milyon 600 min avro!

saytların hazırlanması

Evə çatdırılma

Vadjinin transferindən “Qarabağ”ın gəliri: 1 milyon 600 min avro!

İdman

30 Avqust 2022 15:47 1119


“Artıq İbrahima Vadji “Sent-Etyen”in futbolçusudur. Bu transferlə “Qarabağ” Azərbaycan futbol tarixinin ən bahalı satışını gerçəkləşdirdi”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri Qol.az saytına açıqlamasında “Qarabağ”ın baş meneceri Asif Əsgərov deyib. Onun sözlərinə görə, Ağdam klubu Vadjinin transferindən 1 milyon 600 min avro gəlir götürəcək. Vadji bu gün Fransanın “Sent-Etyen” klubu ilə 3 illik müqavilə bağlayıb.

Qeyd edək ki, daha öncə də Azərbaycan futbolu üçün transfer satışında rekord “Qarabağ”a məxsus idi. Ağdam klubu 2010-cu ildə Vaqif Cavadovu 1 milyon avroya “Tvente”yə (Niderland) satmışdı. 2008-ci ildə isə Dino Ndlovunun Çinin “Çjetyan Qrintaun” klubuna satışından 600 min avro gəlir götürülüb.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!