Vahabzadə istefaya göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Vahabzadə istefaya göndərildi

İdman

29 Avqust 2022 11:49 1321


"Kəpəz" baş məşqçisi Yaşar Vahabzadə ilə müqaviləyə xitam verib.

Yenisabah.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yaşar Vahabzadə ilə yanaşı onun köməkçiləri də komandadan göndərilib.

Gəncə təmsilçisinin açıqlamasında bildirilib: "Klubumuzun rəhbərliyi əsas komandanın baş məşqçisi Yaşar Vahabzadə ilə görüşüb. Görüşdə komandanın nəticələri təhlil olunub və qarşılıqlı razılıq əsasında Yaşar Vahabzadə, eləcə də məşqçilər korpusuna daxil olan məşqçilər ilə müqaviləyə xitam verilib". Dominos pizza

Yaşar Vahabzadə 2019-cu ildən "Kəpəz"i çalışdırırdı.

Qeyd edək ki, "Kəpəz" bu mövsüm Premyer Liqada keçirdiyi 4 oyunun hamısında uduzub və komanda sonuncu - 10-cu pillədə qərarlaşıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!