Vahid Əhmədov deputatlığa namizədliyini geri götürdü

saytların hazırlanması

Evə çatdırılma

Vahid Əhmədov deputatlığa namizədliyini geri götürdü

Siyasət

28 İyul 2024 20:51 963


VI çağırış Milli Məclisin üzvü Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb.

Yenisabah.az report-a istinadla xəbər verir ki, özü bu məlumatı təsdiqləyib.

O bildirib ki, 59 saylı Quba seçki dairəsinə müraciət edərək könüllü şəkildə namizədliyini geri götürüb: Sezar pizza

"Kifayət qədər yaşım var. Ailəm və yaxınlarım mənə istirahət etməyi tövsiyə ediblər. Mən hər zaman dövlətimin, millətimin və xalqımın yanındayam. Bundan sonra da dövlətim və xalqım üçün əlimdən gələni etməyə hazıram".

V. Əhmədov III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub.

Xatırladaq ki, iyunun 28-də Azərbaycan Prezidenti İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!