Vahid Əhmədovun YAP-çı rəqibi külli miqdarda borc içindədir

saytların hazırlanması

Evə çatdırılma

Vahid Əhmədovun YAP-çı rəqibi külli miqdarda borc içindədir

Siyasət

18 İyul 2024 21:53 1245


Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlər siyahısında yeni adlar var. Həmin şəxslərin kimliyi ilə bağlı araşdırmalar aparılır.

"Yeni Sabah" gününsesi.info-ya istinadla xəbər verir ki, ilk araşdırmamız  59 saylı Quba  Seçki Dairəsindən deputatlığa namizəd Məhərrəmzadə Əlibala Səttar oğludur.

Hazırda rayonda iş adamı kimi tanınan Əlibala Məhərrəmzadə Qubadakı “Şahdağ Turuskavets” Sanatoriyasının sahibidir. Pepperoni pizza

Araşdırmamız zamanı onun iş adamı olmasına baxmayaraq, külli miqdarda borcunun olduğu da üzə çıxıb.

Məlum olub ki, Əlibala Məhərrəmzadənin toplam 10 milyona yaxın borcu var.

İddialarla bağlı Əlibala Məhərrəmzadənin mövqeyini öyrənmək cəhdimiz baş tutmadı.

Əlibala Məhərrəmzadənin hazırda rəqibi deputat Vahid  Əhmədov və onun əmisioğlu olduğu bildirilən Əliabbas Məhərrəmovdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!