Vahid Ələkbərov milyarderlərin siyahısında ilk üçlükdə 

saytların hazırlanması

Evə çatdırılma

Vahid Ələkbərov milyarderlərin siyahısında ilk üçlükdə 

İqtisadiyyat

12 Sentyabr 2019 12:28 1009


“Forbes” jurnalı rusiyalı milyarderlərin siyahısını hazırlayıb.

"Yeni Sabah" xəbər verir ki, siyahıda ilk yerdə 26,2 milyard dollarlıq sərvəti ilə “Sibura” və “Novatek” iri auksionerlərinin rəhbəri Leonid Mihelson qərarlaşıb. 

Onu ortağı Qennadi Timçenko izləyir. Timçenko 22,1 milyard dollarlıq sərvətin sahibidir.  pizza

Üçüncü yerə isə azərbaycanlı iş adamı, “Lukoyl” şirkətinin Prezidenti Vahid Ələkbərov adını yazdırıb.  Onun 21,2 milyard dollar sərvəti var.

İlk beşlik 20,8 milyard dollar sərvətlə “NLMK” şirkətinin direktorlar şurasının sədri Vladimir Lisin və 20,4 milyard dollarla “Severstali” şirkətinin direktorlar şurasının sədri Aleksey Mordaşov ilə tamamlanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!