Vahid Ələkbərovun zavodunda partlayış - Video

saytların hazırlanması

Evə çatdırılma

Vahid Ələkbərovun zavodunda partlayış - Video

Rəsmi

09 Yanvar 2020 17:52 1125


Rusiyanın Uxta şəhərində neft emalı zavodunda partlayış baş verib.

"Yeni Sabah" xəbər verir ki, partlayışın dalğaları şəhər küçələrində də hiss olunub. Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə səmada narıncı işıq görünüb, daha sonra partlayış səsi eşidilib.

Məlumata görə, partlayış dizel yanacağının emalı üzrə təsisatda texnoloji prosesin pozulması nəticəsində baş verib. Hazırda yanğının lokallaşdırılması istiqamətində işlər görülür. Bunun üçün 48 nəfər yanğınsöndürən, 15 texniki vasitə cəlb olunub. Yanğın sahəsi 1000 kvadrat metr ərazini əhatə edir. Bir nəfərin xəsarət aldığı bildirilir. pizza

 Qeyd edək ki, partlayış baş verən zavod azərbaycanlı iş adamı Vahid Ələkbərovun “Lukoyl” şirkətinə aiddir.  /Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!